Azedu.az

DİM əməkdaşları Qazaxıstanda keçirilmiş konfransda iştirak ediblər

Dövlət İmtahan Mərkəzi (DİM)

16 Noyabr 2024, 16:28
DİM əməkdaşları Qazaxıstanda keçirilmiş konfransda iştirak ediblər

15 noyabr 2024-cü il tarixində Qazaxıstanın Astana şəhərində Qazaxıstan Respublikasının Dövlət Qulluğu İşləri üzrə Agentliyi və Dövlət İdarəçilik Akademiyası tərəfindən “Dövlət idarəetməsi və dövlət qulluğu: İndi və gələcək” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

 

Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 30 illik yubileyinə həsr olunmuş bu konfransda Dövlət İmtahan Mərkəzinin Təlimlərin təşkili üzrə sektorunun müdiri Rüfət Cahangirbəyli və Elektron informasiya sistemləri şöbəsinin baş məsləhətçisi Mehman Mustafayev də iştirak ediblər.

Konfransın məqsədi dövlət idarəçiliyi və dövlət xidmətinin inkişafına dair aktual məsələlərin müzakirəsi olub.

Konfransda ekspertlər, dövlət rəsmiləri, universitet və tədqiqat qurumlarından nümayəndələr dövlət idarəçiliyində mövcud tendensiyalar, süni intellektdən istifadə problemləri və kadr proseslərinin avtomatlaşdırılması, o cümlədən dövlət xidmətlərinin göstərilməsi, müştəri xidmətlərinin formalaşdırılması barədə müzakirələr aparıblar.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox