Azedu.az

COP29 təhsil sahəsində digər ölkələrlə əməkdaşlığı gücləndirəcək

COP29 və Təhsil

16 Noyabr 2024, 10:44
COP29 təhsil sahəsində digər ölkələrlə əməkdaşlığı gücləndirəcək

Ölkəmizdə 6 gündür COP29 tədbirinə start verilib. Dünyanın 80 ölkəsindən nümayəndələr ölkəmizə gəlib və tədbirlərdə təhsil ilə bağlı məsələlərə də yer verilir.

 

Bəzi fikirlərə görə COP29 tədbirindən sonra xaricilərin ölkəmizdəki təhsilə marağı daha da artacaq.

 

Maraqlıdır ki, COP29 tədbirindən sonra xarici universitetlər ilə əməkdaşlıq genişlənə bilərmi?

 

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Süleymanlı AzEdu.az-a açıqlamasında bildirib ki, Azərbaycanla əməkdaşlığı olmayan ölkələrin nümayəndələrinin bu tədbirdə iştirak etməsi təhsilə müsbət təsir göstərəcək:

 

“COP29 Azərbaycanın tanınmasında böyük əhəmiyyət daşıyır. İştirakçılar arasında təhsil ictimaiətinin nümayəndəliri də çoxluq təşkil edir. Hazırda müxtəlif layihələr də var ki, COP29 çərçivəsində açıqlanacaq. Məsələn, “QS Quacquarelli Symonds” tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan ediləcək. Bütün dünya ölkələri bunu gözləyir.

 

Bundan əlavə, dünya ölkələrinin Elm və Təhsil nazirləri fürsət tapdıqca rəsmilərlə görüşüb, əməkdaşlıq mövzularını müzakirə edirlər”.

 

E.Süleymanlı qeyd edib ki, gələn xarici nümayəndələr Bakının gözəlliyini, Azərbaycanın tolerant və müasir mühitini, eyni zamanda Azərbaycanın tarixini sevmələri müsbət və sevindirici haldır:

 

“Biz görürük ki, vaxtilə Azərbaycanda təhsil almış şəxslər indi öz ölkələrinin millət vəkili, naziri kimi çalışır və COP29-da Azərbaycanı ziyarət edir. Bu da bizim xaricdəki təmsilçimiz və səsimizdir. Ümumiyyətlə, Azərbaycanın ev sahibliyi etdiyi COP29 bir tarixdir”.

Şok açıqlama - İran hər an vurula bilər
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox