Azedu.az

Maşın arabaya çırpıldı: azyaşlı öldü

Xəbərlər

15 Noyabr 2024, 08:19
Maşın arabaya çırpıldı: azyaşlı öldü

Ağstafada minik maşını arabaya çırpılıb.

AzEdu.az  xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil at arabası ilə hərəkətdə olan baba və nəvəsini vurub.

Hadisə nəticəsində baba, 1972-ci il təvəllüdlü İsmayılov Ələmdar Haqverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Nəvə, 2018-ci il təvəllüldü Tağıyev Əziz Əvəz oğlunun isə həyatını xilas etmək mümkün olmayıb.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox