Azedu.az

Naxçıvanda ümumtəhsil müəssisələrinin rəhbər işçiləri üçün təlimlərə start verilib

Xəbərlər

14 Noyabr 2024, 16:12
Naxçıvanda ümumtəhsil müəssisələrinin rəhbər işçiləri üçün təlimlərə start verilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 14-dən Nazirliyin əhatə etdiyi ümumtəhsil müəssisələrinin rəhbər işçiləri üçün təlimlərə start verilib.

AzEdu.az  xəbər verir ki, noyabrın 22-nə kimi davam edəcək təlimlər 4 istiqamət üzrə - əmək qanunvericiliyi, təhsil sənədləri, maliyyə və satınalma, elektron sistemlər mövzusunda təşkil olunacaq. 

İlk təlim Naxçıvan şəhər, Şərur, Babək və Şahbuz rayonlarının ümumtəhsil müəssisələrinin rəhbər işçiləri üçün təşkil olunub. Təlimlərdə əməkdaşlara əmək müqaviləsinin bağlanması və  xitam verilməsinin  əsasları və qaydası, UTİS, MİTİS, sy.edu.az,  bq.edu.az  elektron sistemlərinə SİMA rəqəmsal imza ilə giriş, kargüzarlığın təşkili qaydaları, maliyyə-təsərrüfat sənədlərinin qanunvericiliyin tələblərinə uyğun aparılması, taarifləşmə və digər mövzularda məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox