Azedu.az

COP29 təhsil və elmin inkişafına töhfə verəcək

COP29 və Təhsil

14 Noyabr 2024, 13:27
COP29 təhsil və elmin inkişafına töhfə verəcək

"COP29-un “Yaşıl təhsil”ə keçid üçün yaratdığı imkanlar ölkəmizdə təhsil və elmin inkişafına  töhfə verəcək".

 

Bu sözləri AzEdu.az-a açıqlamasında sabiq deputat, əməkdar müəllim Sona Əliyeva bildirib.

 

S.Əliyeva qeyd edib ki, yaşıl bilik və səriştələrin tədris proqramlarına əlavə edilməsi gələcəyə yönəlik uzunmüddətli faydalar yarada bilər:

 

“COP29 tədbiri ölkəmiz və beynəlxalq arena üçün mühüm təsirlər daşıyan tədbirdir. Tədbir ekoloji problemlərlə bağlı fərqindəliyin artırılması, təbiət və ətraf mühitə münasibətdə məsuliyyətli düşüncə və davranışların formalaşdırılması, ekoloji bilik və bacarıqların tədrisinin genişləndirilməsi, gələcək nəslillərin dayanıqlıq və ətraf mühitin qorunması prinsipləri əsasında ekoloji şüurunun formalaşmasını təmin edəcək. COP29 tədbirindən təsirlənərək təhsilalanlar tədris prosesində əldə etdikləri biliklərlə kifayətlənməyərək, nəzəri biliklərə əsaslanaraq ekoloji problemləri anlamaq və həll etmə bacarığına yiyələnəcəklər.

 

Tədbir əsasən ekoloji şüurun formalaşması, fərqindəliyin artması nəticəsində ətraf mühitə, təbiətə qarşı məsuliyyət hissini gücləndirir. İnsanlar anlayacaqlar ki, onlar bütün ehtiyaclarını, o cümlədən qida, hava, geyim və s. təbiətdən qarşılayırlar. Bu səbəbdən də resurslardan səmərəli istifadəyə, tullantıların azaldılmasına daha diqqətlə yanaşacaqlar.

 

Həmçinin təhsil müssisələrində ekoloji işgüzar vərdişlərin formalaşdırılmasına da yer verilə bilər. Məsələn gələcəkdə şəhərsalma, sənaye kənd təsərrüffatı, energetika və s. Sahələrdə çalışanlar fəliyyətlərində dayanıqlı və ekoloji təmiz mühit formalaşdırmaq üçün fərqli yollar təklif edə, bu istiqamətdə daha təkmil dəyişikliklər yarada bilərlər.

 

Təhsil müəssisələrində ekoloji təhsil proqramlarının yaradılmasının tətbiqi ekoloji yanaşmanın bir dəyər kimi təbliği cəhətdən məqsədəmüvafiq olar”.

 

Təbiətin mühafizəsi üçün dərnəklərin, birliklərin yaradılması və gənclərin iştirakına şərait yaradılması da indiki təhsilin prioritet istiqamətlərindən biri olmalıdır:

 

İnteraktiv və praktiki təlimlərin təşkili, şagird və tələbələrin ekoloji mövzularda daha dərin bilik və bacarıqlar əldə etməsi üçün vacibdir.

 

Ekologiya, təbiətin mühafizəsi ilə bağlı startaplara, tədqiqatlara yer verilməlidir. Bəzi universitetlərdə elə maraqlı ekoloji faydalı tədqiqatlar var ki, onu biznese çevirmək, patent almaq və kütləviləşdirmək üçün qrant və ya investitsiya tapılmır.

 

Qısacası, bu fəaliyyətlər sözdən tədrisdən və təbliğdən bir addım qabağa, əməli tətbiqlərə əsaslanmalıdır. Yoxsa ən yaxşı halda ekoloji fərqindəlik yaratmaqla kifayərlənmək məcburiyyətində qalacağıq”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox