Azedu.az

Azərbaycanda tanınmış naşirin kitablarla dolu evi yandı - FOTO

Xəbərlər

13 Noyabr 2024, 14:42
Azərbaycanda tanınmış naşirin kitablarla dolu evi yandı - FOTO

“Mücrü” Nəşriyyatının direktoru, yazıçı-naşir Müşfiq Feyziyevə (Müşfiq Xan) məxsus ev yanıb.

 

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

 

Məlumata görə, hadisə noyabrın 5-i səhərə yaxın Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. Hadisə zamanı Müşfiq Xan özü də ailə üzvləri ilə birgə evdə olub. Ev bütün əşyaları ilə külə dönüb, ev sahibləri xəsarət almayıb. 

 

Qeyd olunur ki, "Mücrü" nəşriyyatının anbarı da evdə yerləşib. Yanğın nəticəsində anbarda olan bütün kitablar digər əşyalarla birgə məhv olub, nəşriyyata külli miqdarda ziyan dəyib.

 

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox