Azedu.az

Ronaldinyo Bakıda yeniyetmələrlə görüşüb

Xəbərlər

13 Noyabr 2024, 12:38
Ronaldinyo Bakıda yeniyetmələrlə görüşüb

Bakıda səfərdə olan Braziliya millisinin əfsanəvi futbolçusu Ronaldinyo Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.

AzEdu.az Report-a istinadən xəbər verir ki, 44 yaşlı keçmiş yarımmüdafiəçi "Qarabağ", "Neftçi", "Sabah", "Zirə" və “Marset” Futbol Akademiyasının yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olub.

Tədbirə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də qatılıb.

Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş oyunçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən axşam saatlarında Azərbaycana gəlib.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox