Azedu.az

Gənc qız məktəb direktoru olan anasını öldürdü, ailə üzvlərini yaraladı

Xəbərlər

11 Noyabr 2024, 16:12
Gənc qız məktəb direktoru olan anasını öldürdü, ailə üzvlərini yaraladı

Türkiyənin Tekirdağ vilayətinin Muratlı rayonunda 17 yaşlı qız anasını bıçaqla qətlə yetirib, daha sonra atasını, əmisini, bibisini və babasını da yaralayıb.

Bu barədə AzEdu.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, qızın anası orta məktəbin direktoru vəzifəsində işləyirmiş.

Qız naməlum səbəbdən mətbəxdən götürdüyü bıçaqla ilk olaraq yataq otağında yatan anası, 41 yaşlı Nilayı və atası, 44 yaşlı Muratı bıçaqlayıb. Ardından binanın birinci mərtəbəsindəki mənzilə enib və orada əmisi, 42 yaşlı Gürcana, əmisinin arvadı, 39 yaşlı Fatmaya və 65 yaşlı babası Celilə də bıçaqla hücum edib və onları yaralayıb.

Hadisə yerinə polis və sağlamlıq qrupları cəlb edilib, 5 nəfər yaralı halda xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olan Nilayı həkimlərin müdaxiləsinə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Reanimasiyada olan atanın isə həyatının təhlükədə olduğu bildirilir.

Cinayəti törədən qız nəzarət altına alınıb.

 

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox