Azedu.az

İqlim problemlərini təhsil və iqlim fəaliyyəti ilə gündəmə gətirməliyik

COP29 və Təhsil

11 Noyabr 2024, 11:07
İqlim problemlərini təhsil və iqlim fəaliyyəti ilə gündəmə gətirməliyik

“İqlim dəyişikliyi səbəbindən xüsusilə Afrikada zərər görən çox ölkələr var və mən bu halların şahidiyəm”.

AzEdu.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən COP29 tədbirinin iştirakçısı - Cibuti Qeyri-Kommersiya Təşkilatının nümayəndəsi Amina Idan Paul deyib.

O qeyd edib ki, təmsil etdiyi təşkilat COP29 çərçivəsində bir çox problemi gündəmə gətirməyə çalışacaq: “İqlim problemlərimizi təhsil və iqlim fəaliyyəti ilə gündəmə gətirməliyik. Məhz bu səbəblərdən COP29-da iştirak etdiyim üçün çox həyəcanlıyam. Çünki iqlim dəyişikliyindən xüsusilə Afrikada zərər görən insanların sayı artır. Buna görə də danışıqların nəticəsi məni olduqca həyəcanlandırır”.

 

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox