Bakı şəhəri 187 saylı tam orta məktəbin birinciləri Dövlət Bayrağı Günü ilə bağlı maraqlı dərs keçiblər.
Bakı şəhəri 187 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Süsən Qulamova AzEdu.az-a bildirib ki, bu gün 9 Noyabr Azərbaycan Respublikası Dövlət Bayrağı Günüdür. Dövlət Rəmzlərini sevmək, hörmət etmək hər bir vətəndaşın borcudur. Bu sevgini, hörməti uşaqlara aşılamaq isə müəllimlərin üzərinə düşür.
Süsən Qulamova bildirib ki, sinif rəhbəri olduğu birincilərə bu sevgini özünəməxsus şəkildə, daşlardan xəritə, lentlərdən bayraq hazırlamaqla aşılayır. Bu dəfə isə birincilər saplardan, rəngli kağızlardan müxtəlif fərqli bayraqlar hazırlayıblar.
Videonu izləmək üçün linkə keçid edə bilərsiniz: