Azedu.az

7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb

Xəbərlər

9 Noyabr 2024, 08:53
7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb

Xaçmaz rayonunda 7 yaşlı uşaq yol qəzasında xəsarət alıb.

AzEdu.az xəbər verir ki, 2017-ci il təvəllüdlü M.M yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən tibb müəssisələrinin birinə gətirilib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Fakt araşdırılır.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox