Azedu.az

Erkən yaşda makiyajın təhlükələri: Psixoloqdan valideynlərə XƏBƏRDARLIQ

7 Noyabr 2024, 14:30
Erkən yaşda makiyajın təhlükələri: Psixoloqdan valideynlərə XƏBƏRDARLIQ

Əvvəlki dövrün məktəbliləri ilə indiki dövrün şagirdlərini müqayisdə etdikdə müşahidə olunur ki, hazırda xüsusən qız şagirdlər məktəbə gələndə fiziki görünüşlərinə daha çox diqqət yetirirlər. Bəzi ailələr buna qarşı çıxsa da, övladını “müstəqil” böyütmək istəyən valideynlər, bəzən bu mövzuda öz şagirdlərinə qarışmırlar.

 

Bəs daha kiçik yaşlardan təhsil və intellektual inkişafdan daha çox bəzənməyə, yaxşı görünməyə çalışan qızların məqsədi nədir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Ləman Telmanqızı bildirir ki, kiçik yaşlardan makiyaj, saç boyama və mini ətək geyinmək kimi davranışlar, qızların emosional inkişafı üçün ciddi təhlükə yaradır:

148738

"Son dövrlərdə aparılan araşdırmalar göstərir ki, məktəbli qızların çox hər gün makiyaj edir. Bu vərdiş zamanla onların özünə hörmətini azaldır. Məlumatlara görə, 12 yaşdan kiçik qızların 80%-i gündəlik kosmetikadan istifadə edirlər. 12-15 yaş arasındakı qızlar isə artıq tuş, dodaq parıldadıcısı istifadə edir, mini ətəklər geyinir və özlərini nümayiş etdirirlər. Bu yaşda belə davranışlar, qızların emosional inkişafına zərər verə bilər”.

 

Psixoloq qeyd edir ki, erkən yaşda bu cür davranışları inkişaf etdirmək, gələcəkdə qızlarda özünə inamsızlıq və güvənsizlik hissi yarada bilər:

 

“Məsələn, əgər bir qız çox gözəl və dərisi təmizdirsə, yanındakı qızlar özlərini pis hiss edə bilər, depressiyaya düşə bilər, hətta belə bir gözəl qızla dostluq etmək istəməyə bilər, çünki bütün diqqət onun üzərindədir.

Bu tip uşaqlar böyüdükcə özlərinə baxa bilməyəcək, özlərinə nifrət və ya küskünlük hissi keçirəcəklər. Zamanla isə öz inamlarını bərpa etmək üçün estetik əməliyyatlara müraciət edəcəklər", - deyə L.Telmanqızı bildirib.

 

Psixoloq valideynlərə də tövsiyələr verib:

 

"Valideynlər gözəllik salonuna getdikləri zaman qız övladlarını aparmamalıdırlar. Onların yanında makiyaj edib, saçlarını boyamaları düzgün deyil. Əgər uşağınızın yanınızda bu cür davranışlar sərgiləməsini istəmirsinizsə, onları yaxşıca izah edərək, makiyajın, saç boyamanın mənfi təsirlərini göstərməlisiniz.Qadağa qoymaq əvəzinə, bu məsələlərin ziyanlı tərəflərini izah etmək daha faydalıdır.

 

Üz və dodaqlarda dermatit, allergiya və qıcıqlanma, həmçinin uzun müddət kosmetika istifadəsi nəticəsində endokrinoloji problemlər yaranması və bunun nəticəsində reproduktiv sağlamlığa təsir etməsi mümkündür. Ayrıca, nevroloji inkişaf da pozula bilər. Beləliklə, valideynlər uşaqlarını bu məsələlərdə maarifləndirmək və onların sağlam emosional inkişafını qorumaq üçün bu tövsiyələri nəzərə almalıdırlar”.

Şok açıqlama - İran hər an vurula bilər
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox