Azedu.az

Prezident seçilən Donald Trumpun təhsili

Xəbərlər

7 Noyabr 2024, 10:34
Prezident seçilən Donald Trumpun təhsili

Ötən gün ABŞ prezidentliyinə namizəd Donald Tramp 277 seçici səsi ilə ümumxalq səsverməsinin qalibi olub.


AzEdu.az xəbər verir ki,Donald Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub. 1930-cu ildə 18 yaşında Nyu-Yorka bayram şənliklərinə gedir və orada bir inşaatçıya rast gələrək orada qalır. Tramp 1968-ci ildə Pensilvaniya Universitetindən iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb.


Tramp Kuinsdə Forest-Hilsdə Kyu-Forest məktəbində oxuyub və 13 yaşında çətinliklərlə üzləşib. Valideynləri onun enerjisini və özünə inamını lazımi yola yönəltmək ümidi ilə şəxsi "Nyu-York hərbi akademiyası" məktəb internatına göndəriblər[8]. Orada Tramp məktəbin mükafatlarını alır, 1962 və 1963-cü illərdə futbol komandalarında, 1962–1964-cü illərdə beysbol komandalarında oynayır (1964-cü ildə komandanın kapitanı olur). Məşhur beysbol məşqçisi Ted Dobias 1964-cü ildə onu prestijli "Məşqçi" mükafatı ilə mükafatlandırır.
Tramp orada məktəbin mükafatlarını alıb, 1962 və 1963-cü illərdə futbol komandalarında, 1962-1964-cü illərdə beysbol komandalarında oynayıb. 1964-cü ildə S4 kursant kapitanı rütbəsində olan Donald və kursant birinci serjantı Cef Donaldson ilə birlikdə Barışıq Günündə Beşinci Avenyu küçəsində kursantların sıra yürüşünü təşkil ediblər. Özünün "Sövdələşmə məharəti" kitabında Tramp tələbə karyerası haqqında yazır:


"1964-cü ildə Nyu York Hərbi Akademiyasını bitirdikdən sonra mən kino məktəbinə daxil omaq barədə düşünürdüm. Amma sonda fikirləşdim ki, daşınmaz əmlak sahəsi gəlirli işdir. Fordem Universitetində oxumağa başladım. İki ildən sonra başa düşdüm ki, kollecdə təhsil mənim üçün elə oxumamağa bərabərdir. Ona görə də Pensilvaniya Universiteti tərkibindəki Uorton Biznes Məktəbinə ərizə verdim və qəbul olundum. Mən oranı bitirəndə çox sevindim. Tez evə qayıdaraq atamın yanında işə başladım".


O, 1968-ci ildə Uorton Biznes Məktəbində iqtisadiyyat üzrə bakalavar təhsili alıb. Bu zaman onun atasının şirkəti daşınmaz əmlak bazarında liderlik edirdi. Tramp karyerasını atasının yanında və ilk dövrdə atasının məsləhəti ilə Bruklinddə, Kuinsdə və Staten-Aylenddə orta sinif üçün nəzərdə tutulan evlərin icarəsi sahəsində başlayır.

 

Qeyd edək ki, Donald Tramp 2016-cı il 8 noyabr prezident seçkilərində rəqibi -demokrat Hillari Klintonu üstələyərək ABŞ prezidenti seçilib. 20 yanvar 2017-ci ildə isə andiçmə mərasimi keçirilib və səlahiyyətlərinin icrasına başlayıb. O, 2020 ABŞ prezident seçkilərində 2-ci dönəm üçün təkrar namizəd olur və nəticədə rəqibi Co Baydenə məğlub olaraq, uyğun olaraq 2021-ci ilin 20 yanvarında səlahiyyət müddəti bitir və postu ona devr edir.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox