AMEA əməkdaşlarının Web of Science (WoS) bazasına 1975-2017-ci illərdə ümumilikdə 10,5 min elmi əsəri daxil olub.
AzEdu.az xəbər verir ki, bu dövr ərzində AMEA-dan WoS bazasına daxil olan elmi əsərlərin sayının ən yüksək göstəricisi 664 olmaqla 2017-ci ildə və ən aşağı göstəricisi 95 olmaqla 2001-ci ildə qeydə alınıb.
AMEA-dan bu bazaya daxil olan elmi əsərlərin 22%-i son beş ildə (2013-2017) nəşr olunub.
Son 5 ildə WoS bazasına AMEA-dan daxil olan hər bir elmi əsərə görə orta istinad sayı 6, ümumi istinadların sayı isə 12,3 mindən çox olub. İstinadların 10,1 mini digər təşkilatlarda işləyən alimlər tərəfindən edilib.