Dövlət İmtahan Mərkəzi “20 variant sınaq imtahanı” kitabları seriyasından ümümi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanına hazırlıq üçün Azərbaycan dili, Riyaziyyat, Mатематика, Русский язык, tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanına hazırlıq üçün Azərbaycan dili kitablarını nəşr edib.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Kitabları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Ümümi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanları fənləri üçün hazırlanmış digər kitablar bu həftə ərzində nəşr ediləcək.
Русский язык (по уровню полного среднего (11-летнего) образования) kitabının növbəti həftələr ərzində nəşr edilməyi nəzərdə tutulur.
Ətraflı məlumat üçün Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin kitabda yer alan “Ön söz”nü təqdim edirik.