Azedu.az

Qarabağ Universitetində ilk aralıq imtahanları BAŞLAYIB

5 Noyabr 2024, 11:08
Qarabağ Universitetində ilk aralıq imtahanları BAŞLAYIB

Qarabağ Universitetində payız semestrinin ilk aralıq imtahanları başlayıb. 

Universitetdən AzEdu.az-a bildirilib ki, aralıq imtahanlarının keçirilməsində məqsəd tələbələrin tədris prosesi müddətində əldə etdikləri nəzəri biliklərin və praktiki bacarıqların sınaqdan keçirilməsidir.

İmtahan sualları tədris planına uyğun olaraq hər bir fənnin təlim nəticələrinə (FTN) və Blum taksonomiyasının daha yüksək səviyyəli mərhələlərinə (təhlil, yaratma və tətbiqetmə) əsasən hazırlanır. 

Qeyd edək ki, imtahanların sonunda tələbələrin nəticələri təhlil edilərək onların müvafiq fənlərdə nəzərdə tutulan təlim nəticələrini nə dərəcədə mənimsədikləri müəyyən olunur.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox