Azedu.az

Zaqatalada yeni doğulan körpə ölüb

4 Noyabr 2024, 15:43
Zaqatalada yeni doğulan körpə ölüb

Zaqatalada yeni doğulan körpə ölüb.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum şöbəsində qeydə alınıb.

Rayonun Yengiyan kənd sakini 24 yaşlı Sahibə Sahib qızı Məmmədova doğuş sancıları ilə oktaybrın 31-i səhər saat 09 radələrində Zaqatala RMX-nın doğum şöbəsinə daxil olub.

Elə həmin gün səhər saat 10 radələrində şöbənin növbətçi mama-ginkoloq Sədaqət həkim tərəfindən müayinə olunub və həkimin göstərişi ilə tibb bacısı tərəfindən doğuşu gücləndirmək üçün iynə vurulub.

Noyabrın 1-i gecə saat 03:50-də S. Məmmədova təbii doğuşla oğlan uşağı dünyaya gətirib. Doğuşdan bir neçə dəqiqə sonra S. Məmmədovaya uşağın vəziyyətinin normal olduğunu deyiblər. Lakin uşağın ağlamadığını görən ana yenidən vəziyyəti barədə məlumat alanda ona körpənin ürək döyüntülərinin zəif olduğunu bildiriblər.

Daha sonra isə anaya uşağın ölməsi barədə məlumat verilib.

S. Məmmədova oktyabrın 14-də Zaqatala RMX-da ultrasəs müayinəsindən keçib, müayinə zamanı ona hamiləliyin normal olduğu deyilib.

USM müayinəsi aparan həkim tərəfindən S. Məmmədovaya noyabrın 5-də doğuş üçün xəstəxanaya müraciət etməsi tövsüyə olunub.

Faktla bağlı araşdırma aparılır.

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox