Azedu.az

20 yaşlı oğlan anasının boynunu sındıraraq öldürdü

Xəbərlər

4 Noyabr 2024, 10:49
20 yaşlı oğlan anasının boynunu sındıraraq öldürdü

Bakıda dəhşətli cinayət törədilib.

AzEdu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 3-ü saat 23 radələrində Şüvəlanda qeydə alınıb.

Yardımlı rayon sakinləri, 2004-cü il təvəllüdlü Sadiq Beybudlu kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə anası, 1984-cü il təvəllüdlü Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirib, sonra boynunu sındıraraq öldürüb.

Daha sonra anasının tanışı 1985-ci il təvəllüdlü Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib.

Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və prokurorluğa təhvil verilib.

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox