Azedu.az

Mingəçevirdə FACİƏ: ana və 4 yaşlı oğlu öldü

4 Noyabr 2024, 08:46
Mingəçevirdə FACİƏ: ana və 4 yaşlı oğlu öldü

Mingəçevirdə “Mercedes Viano” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

 

AzEdu.az xəbər verir ki, qəza zamanı “Mercedes Viano”nun sürücüsü Elgiz İsmayılov, sərnişinləri - 1980-ci il təvəllüdlü Əlzamin Mirzəyev, arvadı 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1973-cü il təvəllüdlü Təyyub Məhərrəmov, 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva, 1983-cü il təvəllüdlü Habil Həbliyev xəsarət alıblar.

 

Qəzada Habil Həbliyevin həyat yoldaşı, 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva aldığı xəsarətlərdən hadisə yerində, oğlu 2020-ci il təvəllüdlü Adəm Həbliyev xəstəxanada dünyasını dəyişib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İranın mövqeyi dəyişdi - Bakı üçün vacib AÇIQLAMA
Son xəbərlərDaha çox