Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilən “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi Elmira Əliyeva tərəfindən təqdim edilən və qaliblər sırasında yer alan “Oxu küləyi“ layihəsinin 4 paneli Azərbaycan Respublikasınin Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş tutdu.
AzEdu.az xəbər verir ki, ilk paneldə DİA-nin elmi kitabxanasının direktoru Fəridə Mahmudova və gənc müəllimi Murad Həsənxanlı tərəfindən iştirakçılarla “kitablarla davranış” mövzusunda diskussiya təşkil olundu həmçinin mütaliəyə ilə bağlı müzakirələr edildi.
İkinci paneldə DİA TGT sədri İxtiyar Mahmudzadə, DİA TGT vətənpərvərlik klubunun sədri Leyla Rzayeva, DİA TGT ART klub sədri Fatimə Zeynallı “ İdrak səviyyəsinin artırılması “ ilə bağlı seminar təşkil edib, bu haqda yazılan şeir və əsərlər ətrafında iştirakçılarla interaktiv söhbətlər apardılar.
Üçüncü mərhələdə DİA TGT İT, UNESCO klub sədrləri Süsən Qəhrəmanova və Salman Abbaslı həmçinin DİA TGT idarə heyəti üzvü Asiman Əhmədov “Konqnitiv inkişafın dəstəklənməsi” barəsində çıxış edib iştirakçılar arasında yarışma təşkil etdilər.
Qaliblərə kitab hədiyyə edildi. Son mərhələdə isə çıxışçı qismində siyasi elmlər doktoru, beynəlxalq münasibətlər üzrə professor, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri Elçin Əhmədov, Dövlət İdarəçilik Akademiyasının dekanları dosent Murtəza Həsənov və dosent Elnur Əliyev yer aldılar. Mədəni maarifləndirilmənin artırılması ətrafında “Qarabağın tarixi-mədəni irsi: Elmi maarifləndirmə və milli yaddaş” mövzusu haqqında iştirakçılarla mühüm əhəmiyyətli fikirlər bölüşüb, onların suallarını cavablandırıblar.
Hər tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər, qələm və blaknotlar paylanıb, “coffe break” təşkil edilmişdir.
Beləliklə “Oxu küləyi” layihəsi uğurlu şəkildə öz məqsədinə nail olmuş, tələbələrə, şagirdlərə və bütün tədbir iştirakçılarına maarifçi fikirlər aşılanmışdır.