Azedu.az

Bakıda və rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq - PROQNOZ

Xəbərlər

3 Noyabr 2024, 12:56
Bakıda və rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq - PROQNOZ

Noyabrın 4-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi səhər tədricən zəifləyəcək, axşam mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Arabir duman. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-15° isti, dağlarda gecə və gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox