Azedu.az

Sertifikasiya: Müsahibə nəticələri müəllimlərin şəxsi kabinetinə göndərilib

Sertifikasiya

1 Noyabr 2024, 16:00
Sertifikasiya: Müsahibə nəticələri müəllimlərin şəxsi kabinetinə göndərilib

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərində mövcuddur.

Bu barədə AzEdu.az-a Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, yalnız rəsmi mənbələrdə paylaşılan məlumatlara etibar etməyiniz tövsiyə olunur.

Qeyd edək ki, portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test və müsahibə nəticələri ilə tanış ola bilərsiniz.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox