Ötən gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi vəfat edib.
Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.
Bildirilib ki, İnformasiya təhlükəsizliyi ixtisasının II kurs tələbəsi Günel İlyaszadə ötən gün dəm qazından boğularaq faciəvi şəkildə dünyasını dəyişib.