Azedu.az

Ali məktəbi “2” ilə bitirən bəzi şəxslər elmlər doktoru oldular - Adil Babayev

1 Noyabr 2024, 10:04
Ali məktəbi “2” ilə bitirən bəzi şəxslər elmlər doktoru oldular - Adil Babayev

“Hər bir millətin birinci nişanı onun dili, ikinci nişanı isə təhsilidir”.

 

Bu fikri AzEdu.az-a açıqlamasında Filologiya elmləri doktoru, professor Adil Babayev qeyd edib.

 

“Bizdə əvvəllər belə bir qayda var idi: məsələn, dosent uzun müddət çalışmışsa, yazıları, məqalələri və dərslikləri varsa, ona professor adı verilirdi. Lakin o, dosent olsa da, elmlər doktoru olmurdu. Bu şəxs yalnız çalışdığı institutda professor maaşı ala bilərdi. Əgər o, fəaliyyət göstərdiyi institutdan ayrılıb başqa bir instituta keçsə, artıq professor sayılmırdı, çünki əvvəlki institutunun professordur.

 

Bəzi insanlar elmi tədqiqat işlərini pulla yazdırırlar. Bunun səbəbi adətən onların yazı yazmağa vaxtlarının olmaması ilə izah olunur. Yadıma gəlir ki, Bakı Dövlət Universitetini “2” ilə bitirən bəzi şəxslər elmlər doktoru oldular.

 

İbn Sina heç bir institutu bitirməyib, yəni heç bir rəsmi dərəcəsi yoxdur. Lakin tibb aləmində onun 29 kəşfi var ki, hələ belə bir kəşfi yaradan dünyada heç kim yoxdur. Yaxud Nəsimi hansı ali məktəbi bitirib?

 

Azərbaycanda elmin tarixi haqqında heç bir yazı yoxdur. Bu səbəbdən hesab edirəm ki, riyaziyyat, fizika kimi elmlərin tarixini yazmaq lazımdır. Hər bir millətin birinci nişanı onun dili, ikinci nişanı isə təhsilidir”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox