Azedu.az

Uşağını atraksiona mindirmək istədi - adam bıçaqladı

Xəbərlər

1 Noyabr 2024, 09:42
Uşağını atraksiona mindirmək istədi - adam bıçaqladı

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

AzEdu.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, insident Mingəçevir şəhər V.Hüseynov küçəsindəki parkda qeydə alınıb.

2002-ci il təvəllüdlü Antipov Fərid Aleksandryeviç övladını atraksiona mindirmək istəyərkən həmin qurğuları istismar edən Araz Cəfərli ilə mübahisə yaranıb. Nəticədə F.Antipov münaqişə zəminində onu bıçaqlayıb.

Qarın və döş qəfəsi nahiyəsindən ağır xəsarətlər alan 31 yaşlı Araz Cəfərli xəstəxanaya yerləşdirilib. Fərid Antipov isə saxlanılıb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb.

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox