Azedu.az

“İlin gənc müəllimi” şagirdlərini SAF 2024-ə hazırladı - QALİB OLDULAR

1 Noyabr 2024, 09:12
“İlin gənc müəllimi” şagirdlərini SAF 2024-ə hazırladı - QALİB OLDULAR

Yaşıl STEAM Azərbaycan Festivalı çərçivəsində (SAF24)  Beyləqan rayon Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəbin şagirdləri “CUBESAT” kateqoriyası üzrə “Attractive team” nominasiyasına layiq görülüblər. 

 

Məktəbin direktoru, “İlin gənc müəllimi” Gülnarə Məmmədova AzEdu.az-a şagirdlərin uğuru barədə danışıb.

 

Müsahibimiz qeyd edib ki, məktəb 1970-ci illərdə tikilib. Təhsil müəssisəsində indiyə qədər heç bir STEAM layihəsi olmayıb:

 

“Azərbaycanda SAF24-ün keçiriləcəyi xəbərini eşitdikdə düşündüm ki, bizim şagirdlərimiz də digərləri kimi bu layihədə iştirak etməlidirlər.

 

Beyləqan rayon Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəbi köhnə olmasına baxmayaraq, həmişə yeniliklər tətbiq olunur.

 

Layihənin həyata keçməsində Sabirabad rayon Steam Mərkəzi çox böyük dəstək oldu. İstər yarışma zamanı, istərsə də yarışdan öncə Sabirabad rayon Steam mərkəzi həm çatışmayan detalların təşkil olunması, həm gedişatların izlənilməsi baxımından birgəlik nümayiş etdirdilər. Bunun üçün Beyləqan rayon Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəbi adından Sabirabad steam mərkəzinə minnətdarlığımızı bildiririk.

148219

 VIII və IX sinif şagirdlərini yaş kateqoriyasına görə bir araya gətirdik. VIII sinifdən Qədirli Gülcan Zaur qızı və IX sinifdən Kazımlı Nəzrin Cəlal qızı ilə birgə araşdırma aparmağa başladıq. Uşaqlar əzm, sevgi və əməklə işlədilər sonda isə mükafatlarını aldılar. Kateqoriyanın əsas məqsədi “CUBESAT” idi. Burada hazırladığımız layihəyə daxil olan aparat havadakı nəmliliyi, rütubətliliyi ölçüb, şəklini çəkib məlumat təqdim edirdi.

 

Ümumiyyətlə şagird bacarıqlarını və təfəkkürünü inkişaf etdirmək təkcə şagirdin deyil, eyni zamanda müəllimlərin və rəhbərlərin də üzərinə düşür.

 

Yarışdan sonra “Attractive team” mükafatına layiq görüldük. Layihə çərçivəsində şagirdlərimiz sosiallaşdı, dünya görüşləri genişləndi. Həqiqətən də şəraitsizliyin bədəlini şagirdlər çəkməməlidir. Mütləq hər kəs öz şagirdi üçün bir qığılcım yaradıb, onların inkişafına çalışmalıdır. Mən düşünürəm ki, bu addımım ilə şagirdlərin gələcək həyatına təsir edə bildim. SAF-da hazırladığımız maket  “CUBESAT”-ın yerləşdiyi maket idi”.

 

SAF-a hazırlıq çərçivəsində mentorumuz Zaur Qədirov idi. Zaur müəllim Qarabağla bağlı olan "Zəfər" yarışlarında hər zaman qalib olub. O, həmişə şagirdlərə tarixin düzgün şəkildə ötürülməsində böyük dəstək olub".

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox