“Növbəti il məzun olacaq abituriyentlər arasında 46 şəhid övladı var”.
AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Vətən müharibəsi şəhidlərinin övladları ilə görüşdə bildirib.
O qeyd edib ki, şəhid övladlarının təhsil barədə hansı ehtiyacı varsa, bizim qapımız onların üzünə açıqdır. Təkcə bir il ərzində deyil, növbəti illərdə də bu belə olacaq:
"Gün gələcək şəhid övladları məzun olacaq, mütəxəssis olacaq və bəlkə bir gün sizlər DİM-də işləyəcəksiniz”.