Azedu.az

Vüsal Kərimli: Tələbələri işaxtaran deyil, sahibkar kimi yetişdirməliyik

Rubrika

31 Oktyabr 2024, 09:19
Vüsal Kərimli: Tələbələri işaxtaran deyil, sahibkar kimi yetişdirməliyik

Cəmiyyətdə tez-tez bəzi ixtisasların ləğvi, yenidən qurulması, daha alternativi ilə əvəz edilməsi məsələsi gündəmə gəlir.

 

Maraqlıdır, həqiqətən də tələbat olmayan ixtisas varmı?

 

Mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli AzEdu.az-a açıqlama verib.

 

Müsahibimiz bildirib ki, hər hansısa ixtisası ləğv etməzdən əvvəl müxtəlif peşələrə 3-5 il sonra tələbatın olub-olmaması təhlil olunmalıdır:

 

“Tutaq ki, kitabxanaçılıq, bank işi və s. ixtisaslara 5 il sonra tələbat olmayacaq. Ancaq onları ixtisara salıb, yenisi ilə əvəzləyəndə hansı çətinliklərlə qarşılaşacağıq? Bunu təhlil etmişikmi? 

 

Yeni açılacaq ixtisasları icra edən peşə sahibləri bizdə olacaqmı? Onlar üçün infranstrukturlar, laboratoriyalar qurulubmu? Bu sualların cavabları müsbət olmadığı təqdirdə yenilənmə mərhələsində çox çətinlik çəkəcəyik”.

 

"Ümumiyyətlə, lazımsız ixtisas yoxdur”,- deyə V.Kərimli vurğulayıb:

 

“Ehtiyac duyulmayan ixtisas yoxdur, amma düzgün olmayan təhsil proqramları, yetərsiz maliyyə resursları, müasir infrastruktur, universitetə marağı olmayan tələbə var. 

 

Tələbat məsələsinə gəlincə, 2024/2025-ci tədris ilində qruplar üzrə dövlət sifarişli yerlərin nisbətinə baxsaq ixtisas qrupları üzrə tələbatın necə olduğunu görə bilərik.

 

Belə ki, 2024/2025-ci tədris ilində I ixtisas  qrupu üzrə cəmi 19990 yerin, 14407 yer (72%) dövlət sifarişli idi. Həmin qrupa müraciət edənlərin sayı isə 25138 olub. 

 

II ixtisas qrupunda 14550 yerin 4390-ı (30%) dövlət sifarişli, müraciət edənlərin sayı isə 18188; III ixtisas qrupunda 15459 plan yerinin 4318 (28%) dövlət sifarişli idi. Həmin qrupa müraciət edənlərin sayı isə 21890 nəfər olub. IV ixtisas qrupunda 4600 yerin 3135-i (69%) dövlət sifarişli olduğu halda, müraciət edənlərin sayı 6785 idi.

 

Tələbələrimizi əmək bazarının tələblərinə uyğun hazırlayacağımız, onları işaxtaran deyil, sahibkar kimi yetişdirəcəyimiz zamana qədər düşünürəm ki, lazımsız ixtisas olmayacaq. 

 

Xüsusən də qeyd edim ki, 4 illik təhsil tələbəni tam mütəxəssis kimi yetişdirmir. Mütəxəssis olmaq üçün universitetdən əlavə özünüz də çalışmalısınız. Bu qayda hər zaman belə olub”. 

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox