Azedu.az

“Tarixdə bu gün” - Milli Qəhrəmanı Koroğlu Rəhimov anadan olub

31 Oktyabr 2024, 09:00
“Tarixdə bu gün” - Milli Qəhrəmanı Koroğlu Rəhimov anadan olub

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

31 oktyabrda harada nәlәr baş verb, kimlәr xatırlanır?

 

Qısaca nәzәr salaq...

 

31 oktyabr 2020-ci ildə  bu günündə Azərbaycan Silahlı Qüvvələri cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində hücumlarını davam etdirib:

 

İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki ədəd T-72 tankı, üç ədəd piyada döyüş maşını, iki ədəd “Smerç” və iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, bir ədəd “Osa” zenit raket kompleksi, bir ədəd radioelektron mübarizə stansiyası, iki ədəd avtomobil texnikası sıradan çıxarılıb. 

 

31 oktyabr 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasına Prezident seçilən İlham Əliyevin andiçmə mərasimi keçirilib.

 

31 oktyabr 1953-cü ildə Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov anadan olub.

 

31 oktyabrda məşhur İtaliya kinorejissoru və ssenari müəllifi Federiko Fellini xatırlanır:

 

22 yaşından kinoya gələn Felliniyə “Ağ şeyx”, “Ana uşaqları” və “Yol” filmləri dünya şöhrəti gətirib. “Kabiliyanın gecələri” və sonrakı filmlərində müasir Qərb dünyasının təzadları əks olunub.

 

1517-ci il 31 o.ktyabrda Martin Lüther Vittenberqdə 95 tezisini kilsə qapısından asaraq Protestantlığı elan etdi.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox