Azedu.az

60 yaşdan yuxarı müəllim sertifikasiyadan keçərək özünü sübut etməlidir 

Sertifikasiya

29 Oktyabr 2024, 13:33
60 yaşdan yuxarı müəllim sertifikasiyadan keçərək özünü sübut etməlidir 

"60 yaşdan yuxarı və 60 yaşda daxil olmaqla müəllimlərin sertifikatlaşdırılması prosesində iştirak etməkdən azad olunublar".

AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən "Hesabat Brifinqi" zamanı jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.

"Yəni könüllü olaraq iştirak edə və və ya etməyə də bilərlər. Lakin digər müəllimlərdə münasibət belə deyil. Bu o demək deyil ki, 65 yaşı tamam olandan sonra sertifikatlaşdırmada iştirak etməsə də növbəti illərdə işləyəcək. O halda yeni qayda tətbiq olunur. Qayda budur ki, 65 yaşdan sonra müəllimi hansı halda saxlaya bilərik? Həmin müəllim bizə sübut edir ki, onun yerinə yeni bir müəllimin gəlməsinə ehtiyac yoxdur. Bunu da sübut etməyin yolu sertifikatlaşdırmada iştirakdır. Onlar iştirak edib yüksək nəticə yığarlarsa bizdə əmin olarıq ki, onların müqaviləsini uzatsaq yanılmarıq", - deyə direktor vurğulayıb.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox