Azedu.az

Agentlik: STEAM layihəsi 250 000 şagirdi əhatə edir

29 Oktyabr 2024, 13:05
Agentlik: STEAM layihəsi 250 000 şagirdi əhatə edir

"STEAM yanaşmasının təhsil sistemində tətbiqi gələcək nəsillərin daha rəqabətqabiliyyətli, yaradıcı və innovativ olmasına zəmin yaradır".


AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində qeyd edib.


"STEAM layihəsi 250 000 şagirdi əhatə edir. Təhsilalanlarda XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri inteqrativ, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəltmək üçün STEAM layihəsi tətbiq edilir. STEAM təhsil metodu Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. 

Əsas məqsəd ümumi təhsil məktəblərində şagirdlərə kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini göstərməklə yanaşı, onlara mühəndislik səriştələrini aşılamaqdır.


Layihə 2024-2025-ci tədris ilindən etibarən 398 tədris müəssisəsində tətbiq edilməklə ümumilikdə 250 000 şagirdi əhatə edir. İlk dəfədir ki, layihənin ibtidai siniflərdə də (4-cü siniflərdə) tətbiqinə başlanılıb.  Layihə cari ildən işğaldan azad edilmiş ərazilərdə və Naxçıvanda da həyata keçirilir".

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox