"2024-2025-ci tədris ilində 7541 şagird peşə təmayüllü siniflərdə təhsil alır".
AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində qeyd edib.
"Peşə təmayüllü siniflərin təşkili layihəsinin məqsədi ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsidir. Bu yolla şagirdlər orta təhsil pilləsində əmək bazarına hazırlanırlar.
Bu hədəfə nail olunması üçün “Peşə təmayüllü siniflərin təşkili” layihəsi həyata keçirilir. Layihənin əsas hədəflərindən biri əmək bazarına uyğun kadrların yetişdirilməsidir.
2024-2025-ci tədris ilindən etibarən 15 ixtisas üzrə 7541 şagird peşə təmayüllü siniflərdə təhsil alır. Peşə təmayüllü siniflərdə indiyədək 4 profil üzrə 12 peşə ixtisası tədris olunub".