"Ümumilikdə cari tədris ili üçün 7 150 000 dərslik sifariş üzrə təqdim edilib".
AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində qeyd edib.
"Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarələrinə, MÜTDA-ya və digər dövlət qurumlarına tabe ümumtəhsil müəssisələri, həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən ümumtəhsil müəssisələri də daxil olmaqla ümumilikdə 7150000 dərslik sifariş üzrə təqdim edilib".