Azedu.az

16 yaşlı qız və yeznəsi öldü - Şəmkirdə ailə faciəsi

Xəbərlər

29 Oktyabr 2024, 11:46
16 yaşlı qız və yeznəsi öldü - Şəmkirdə ailə faciəsi

Şəmkirdə iki nəfəri cərəyan vuraraq öldürüb.

AzEdu.az xəbər verir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

Kənd sakini 2008-ci il təvəllüdlü Pərvin Habil qızı Nəsibova və 1993-cü il təvəllüdlü Hümbət İkram oğlu Hümbətov ərazidə iş görən zaman  ehtiyatsızlıqdan onları elektirk cərəyanı vuraraq öldürüb.

Məlumata görə, səhər saat 8 radələrində həmin evdə yanğın olması ilə bağlı məlumat daxil olub. Müvafiq qurumun əməkdaşları hadisə yerinə gedərək yanğını söndürüblər. Bundan sonra adıçəkilən şəxslər evdə təmizlik işləri aparan zaman bədbəxt hadisə baş verib.

Hadisə yerinə hüquq - mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

***

AzEdu.az xəbər verir ki, səhər saatlarında Düyərli kəndində evdə yanğın olub və qısa vaxtda söndürülüb. Daha sonra ev sahibi və qohumları, eləcə də Pərvinlə Hümbət evdə təmizlik işləri görməyə başlayıblar. Bu zaman onları cərəyan vuraraq öldürüb.

Hümbət 16 yaşlı Pərvinin bacısının həyat yoldaşı imiş.

 

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox