Azedu.az

Doğuşdan sonra ölən qadınla bağlı AÇIQLAMA

Xəbərlər

28 Oktyabr 2024, 08:54
Doğuşdan sonra ölən qadınla bağlı AÇIQLAMA

Dünən səhər saatlarında Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum evində ana ölümü qeydə alınıb.

 

AzEfdu.az xəbər verir ki, rayonun Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zəhra Zamanova ötən gün doğum evinə gətirilib.

Həkimlər xəstəni müayinə etdikdən sonra onun vəziyyətinin normal olduğunu bildirərək xəstəni palataya yerləşdiriblər. Xəstə yaxınlarına isə evə getmələrini bildiriblər. Lakin gecə saatlarında xəstədə doğum sancıları olduğundan onu reanimasiya şöbəsinə yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, uşaq dünyaya gətirən ananın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun yaxınları həkimləri günahlandırırlar. 

 

TƏBİB-dən "Xəzər TV"yə bildirilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Sabirabad Regional Perinatal Mərkəzin Doğum şöbəsinə hospital izasiya olunan anaya 40-41 həftəlik hamiləlik diaqnozu təyin edilib. Baş tutan doğuş nəticəsində çəkisi 4 kq., boyu 52 sm. olan körpə dünyaya gəlib. Sonradan ananın halı pisləşib və vəfat edib. 

 

Ölümün dəqiq səbəbini patoloji-anatomik təşrih nəticəsində dəqiqləşdirmək mümkün olacaq. 

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox