Azedu.az

Bir neçə gün əvvəl ana olmuşdu, qəfil vəfat etdi

Xəbərlər

26 Oktyabr 2024, 10:03
Bir neçə gün əvvəl ana olmuşdu, qəfil vəfat etdi

Şirvanda bir neçə gün əvvəl doğuş etmiş qadın vəfat edib.

AzEdu.az  xəbər verir ki, ötən gecə Şirvan şəhər Yeni qəsəbə sakini 1998-ci il təvəllüdlü Yusubova Səma Əlişükür qızı ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Lakin az sonra qadın dünyasını dəyişib.

Bildirilib ki, S.Yusubova iki həftə əvvəl qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Onun bədənində tromboemboliya olması və bu səbəbdən səhhətinin qəfil pisləşməsi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox