Bakıda qaçırıldığı bildirilən yeniyetmə qız artıq tapılıb.
AzEdu.az Oxu.Az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Lənkəran regional qrupundan bildirilib ki, 16 yaşı tamam olmuş yeniyetmə tapılaraq valideynlərinə təhvil verilib.
Həmçinin qurumdan bildirilib ki, yaşayış yeri üzrə polis əməkdaşları tərəfindən nəzarət tədbirləri həyata keçiriləcək.
Daxili İşlər Nazirliyi Bakıda məktəbli qızın qaçırılaraq Cəlilabada aparılması məsələsi ilə bağlı açıqlama yayıb.
AzEdu.az Oxu.Az-a istinadən xəbəər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, məsələ polis əməkdaşları tərəfindən nəzarətə götürülüb:
"Nikahla əlaqəli heç bir mərasim keçirilməyib. 16 yaşı tamam olmuş yeniyetmə izahatında heç bir təsirə və təzyiqə məruz qalmadan Cəlilabad rayonunda yaşayan qohumunun evinə getdiyini bildirib.
Araşdırma aparılır, müvafiq tədbirlərin görülməsi təmin ediləcək".