Azedu.az

Göygöldə yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyən olunub - YENİLƏNİB

Xəbərlər

25 Oktyabr 2024, 15:20
Göygöldə yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyən olunub - YENİLƏNİB

Göygöldə baş verən qəzada ölən və yaralanan tələbələr Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri olub.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, həyatını itirən Ramal Qurbanzadə ali təhsil müəssisəsinin ikinci kurs tələbəsi olub.

O, iqtisadiyyat ixtisası üzrə təhsil alırdı.

Fariz Məhərrəmov və Heydər Hüseynov da Azərbaycan Dövlət Aqrar Universitetində oxuyurmuş.

Fotoda: Ramal Qurbanzadə

Göygöldə “VAZ - 21015” və “Opel” markalı avtomobillər toqquşub.

AzEdu.az xəbər verir ki, qəza nəticəsində rayon sakinləri 18 yaşlı Fariz Məhərrəmov, 40 yaşlı Xəyal Rzayev və 18 yaşlı Heydər Hüseynov yaralanıblar.

18 yaşlı Ramal Qurbanzadə isə aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Lent.az-ın məlumatına görə, qəzaya düşən gənclər Gəncədə təhsil alan tələbələr olub.

Göygöl rayonunda baş verən yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib.

 

 

 

 

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox