Azedu.az

“Tarixdə bu gün” - ABŞ-də ilk Azərbaycan məktəbi açıldı

Rubrika

25 Oktyabr 2024, 09:06
“Tarixdə bu gün” - ABŞ-də ilk Azərbaycan məktəbi açıldı

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

25 oktyabrda harada nәlәr baş verb, kimlәr xatırlanır?

 

Qısaca nәzәr salaq...

 

25 oktybar 2020-ci ildə  Azərbaycanın Qubadlı rayonu işğaldan azad edilib:

 

Azərbaycan  Silahlı Qüvvələri Qubadlı şəhərini və Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd,Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərini Ermənistanın işğalından azad edib.

 

25 oktyabr 1923-ci ildə Bakı Rus Tənqid-Təbliğ Teatrı yenidən təşkil olunaraq Bakı İşçi Teatrı adlandırılıb. Sonradan bu sənət ocağı S.Vurğun adına Bakı Rus Dram Teatrı adlandı.

 

25 oktyabr 2006-cı ildə ABŞ-də ilk Azərbaycan məktəbi açıldı.

 

25  oktyabr 2008-ci ildə dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayev vəfat edib:

 

Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. “Nizami” filmində (rejissor Eldar Quliyev) baş rola çəkilib. Azərbaycanın “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilib. Bakıda, Fəxri Xiyabanda dəfn olundu.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox