"20 il əvvələ nisbətən Azərbaycanda ali təhsil alan insanların sayı iki dəfəyə yaxın artıb".
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, məqsədimiz daha çox azərbaycanlının ali təhsil almasına kömək etməkdir. Bu proses artan sürətlə davam edəcək.
2026-cı ilə qədər 75 min nəfərin ali təhsil almasına şərait yaradılacaq.
Hazırda bu rəqəm 73-74 mindir, amma düşünürəm ki, 2026-cı ilə qədər 75 mini keçəcəyik. Çünki Qarabağ Universiteti, Türkiyə-Azərbaycan Universiteti, eləcə də bölgələrdəki universitetlərin qəbul planları var ki, onlar da ümumi rəqəmə təsir edir.
Daha çox regionlardakı ali təhsil müəssisələrinin universitet formatına düşməsini istəyirik. Onlar balaca - 1000 nəfərlik universitet olmasın”.