Azedu.az

Hər il 50-70 arası məktəb yenidən tikilir - Emin Əmrullayev

Məktəblər

24 Oktyabr 2024, 13:51
Hər il 50-70 arası məktəb yenidən tikilir - Emin Əmrullayev

“Hər il 50-70 arası məktəbi yenidən tikib, lazım olanları isə təmir edirik”.

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hal-hazırda 90%-dən çox məktəb təmirlidir. Təbii ki, hər bir məktəbin təmirli olması Elm və Təhsil Nazirliyinin qarşısında duran məsələdir. 

Son 5 ildə 550-dən artıq məktəb ya yenidən tikilib, ya əsaslı təmir olunub, ya da qəzalı vəziyyətdən çıxarılıb. Çox az sayda -  bir neçə yüz məktəbimiz təmirsizdir.  Həmin məktəblər Heydər Əliyev Fondu tərəfindən ayrılan maliyyə ilə təmir olunurlar. Hər il 50-70 arası məktəbi yenidən tikib, lazım olanları isə təmir edirik. 

Nəzərə almaq lazımdır ki, 4400 məktəb, 1600 bağça və digər təhsil müəssisələri birgə təxminən 6500 binadan söhbət gedir. Onlar hansısa təbii fəlakətlər səbəbindən də uça, dağıla bilir.  Bu baxımdan təbiidir ki, daim təmirə ehtiyac yarana bilir. Ancaq qeyd edim ki, bu gün 10 məktəbdən 9-u yararlıdır.

Çox istəsək ki, gedib hansısa qəzalı məktəbi çəkib göstərək, bunu edə bilərik. Biz o məktəblərin yerindən də, sayından da xəbərdarıq. Cəmiyyətdə belə bir fikir formalaşmamlıdır ki, biz xəbərsizik. Sadəcə onların icrasının mümkünlüyü var. Düşünürəm ki, 5 ildə 550 məktəb kifayət qədər normal rəqəmdir”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox