Azedu.az

İmtahanlar tədris proqramları ilə uyğunlaşmır - "Suallar yalnız dərsliklərdən hazırlanmalıdır"

24 Oktyabr 2024, 13:06
İmtahanlar tədris proqramları ilə uyğunlaşmır - "Suallar yalnız dərsliklərdən hazırlanmalıdır"

Günümüzdə məktəblərin tədris planı əsasən universitetlərə qəbul olmaq üçün hazırlanır. Lakin son zamanlar cəmiyyət içərisində belə bir fikir dolaşır ki, məktəb proqramları ali məktəblə qəbul olmaq üçün heç də yetəri deyil.

 

Bəs, görəsən, məktəblərimizdə tədris planı ali təhsil müəssisələrinə qəbul olmaq üçün doğrudan da yetərlidirmi?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmovun sözlərinə görə, universitetə qəbul ayrı, ümumi orta təhsil isə ayrı bir məsələdir:

147688

 

“Orta təhsil, şagirdi növbəti təhsil pilləsinə hazırlamalıdır. Tam orta təhsil yalnız imtahanlara hazırlaşmaq məqsədini güdməməlidir. Dövlət İmtahan Mərkəzi, təhsil proqramına uyğun olaraq imtahanları təşkil etməlidir. Bu, illərdir müzakirə olunur. Lakin bəzi repetitorlar və müəllimlər, orta məktəb təhsilinin universitetə hazırlaşmaq üçün kifayət etmədiyini iddia edirlər.

 

Bu vəziyyət bir anlaşılmazlıq yaradır. İmtahan keçirən qurumun nazirliyə birbaşa bağlanması bu problemi həll etmir. Dövlət İmtahan Mərkəzinin yalnız nazirliyin kitablarını istifadə edərək sual hazırlaması daha məqsədəuyğundur”.

 

Həmsöhbətimiz qeyd edib ki, əgər imtahan təşkil edən qurum eyni zamanda vəsait hazırlayırsa, şagirdlər bu vəsaitlərə yönəlir. Nəticədə dövlətin təhsil proqramı kənarda qalır:

 

“Dövlətin təhsil proqramı universitetə qəbul üçün yetərlidir, lakin dərslərini vaxtında oxumayan şagirdlər, 5-6-7-ci sinif materiallarını öyrənmək məcburiyyətində qalırlar. Bununla yanaşı, cari ilin dərslərini də öyrənməlidirlər.

 

Beləliklə, şagirdlər repetitorlara və əlavə hazırlıq kurslarına yönəlir. Mən təklif edirəm ki, 9-cu sinifdən sonrakı material Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlara daxil edilsin, çünki 9-cu sinifdən əvvəlki materiallar buraxılış imtahanlarında mövcuddur.

 

Ümumilikdə, orta məktəb proqramı ali təhsil müəssisələrinə qəbul üçün kifayət qədər material təqdim edir. Lakin şagirdlərin öyrəndiklərini suallar üzərində sınaması da vacibdir”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox