Azedu.az

900-dən çox yarışmaçı SAF 2024-də iştirak edir

Elm və Təhsil Nazirliyi

24 Oktyabr 2024, 11:48
900-dən çox yarışmaçı SAF 2024-də iştirak edir

“Builki SAF-da 900-dən çox yarışmaçı iştirak edir”.


AzEdu.az xəbər verir ki, bu sözləri STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov Yaşıl STEAM Azərbaycan Festivalında deyib.

 

O qeyd edib ki, builki festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, ABŞ və Slovakiya da daxil olmaqla 15 ölkəni təmsil edir. 

 

Məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilmə prosesində Danimarka, Slovakiya, Kanada və Türkiyə daxil olmaqla, ümumilikdə 10 müxtəlif ölkədən 17 münsif iştirak edir. 

 

Festival çərçivəsində 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunacaq ki, onlar da “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma”, “Hidrogen maşınların yarışı”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və s. kimi mövzuları əhatə edəcək”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox