Azedu.az

“Tarixdə bu gün” - Hüseyn Cavidin doğum günü...

Rubrika

24 Oktyabr 2024, 08:55
“Tarixdə bu gün” - Hüseyn Cavidin doğum günü...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

24 oktyabrda harada nәlәr baş verb, kimlәr xatırlanır?

 

Qısaca nәzәr salaq...

 

23 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun bölmələri cəbhənin müəyyənləşdirilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib. Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəşlə ciddi ziyan vurulub:

 

Düşmənin silah-sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb, bir neçə dayaq məntəqəsi dağıdılıb, əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb və mühüm yüksəkliklər azad olunub.

 

24 oktyabr Beynəlxalq Millətlər Təşkilatı (BMT) günüdür:

 

1945-ci ilin bu günündə BMT-nin yaranması haqqında qanun qüvvəyə minib. Qanun Çin, Fransa, Sovet İttifaqı, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlər tərəfindən imzalanıb. BMT-nin qanunu 1945-ci il aprel ayının 25-26-da San-Fransiskoda keçirilən beynəlxalq təşkilat yaratmaq üçün Birləşmiş Millətlər konfransında razılaşdırılıb. Sənəd 1945-ci il iyunun 26-da imzalanıb.

 

24 oktyabr Beynəlxalq İqlim Dəyişikliyi Günüdür:

 

İqlim dəyişikliyi fırtınalar, quraqlıqlar, buzlaqların əriməsi, dəniz səviyyəsinin kəskin dəyişməsi kimi bir çox ekoloji problemlərə səbəb olur. 

 

Yaşıl enerjidən istifadəyə keçmək, enerjiyə qənaət edən cihazlara üstünlük vermək və təbiətə ekoloji təsirləri minimuma endirməklə planetimizi qoruya bilərik. Hər kəs gündəlik həyatında bu tədbirləri yerinə yetirməklə mübarizəyə qoşula bilər. Birlikdə daha təmiz və yaşıl gələcək üçün fərq yarada bilərik.

 

24 oktyabr 1919-cu ildə Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı keçirilib.

 

24 oktyabr 1882-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavid anadan olub:

 

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi olan Hüseyn Cavidin yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olub.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox