Azedu.az

“İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” mövzusunda təlim təşkil edilib

Dövlət İmtahan Mərkəzi (DİM)

23 Oktyabr 2024, 17:19
“İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” mövzusunda təlim təşkil edilib

23 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun müdiri Sevinc Məmmədova tərəfindən nəzəri və praktik hissələrdən ibarət olmaqla “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” mövzusunda təlim keçirilib.

AzEdu.az xəbər verir ki, təlim zamanı işçilər arasında rifahı təmin edən amillər, rifahı pozan amillər və fəasadları,  stres və tükənmə ilə mübarizənin yolları kimi mövzulara toxunulub. Təlim müddətində mövzuya dair test tapşırıqları, əyaniliyi təmin edən videoçarxlar təqdim olunaraq təlimin daha interaktiv keçməsinə imkan yaradılmışdır. Sonda  iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox