Azedu.az

Deputatdan TƏKLİF: Təhsil müəssisələrinə istilik erkən verilsin 

23 Oktyabr 2024, 11:36
Deputatdan TƏKLİF: Təhsil müəssisələrinə istilik erkən verilsin 

Azərbaycanda istilik sistemi hər il noyabrın 15-dən etibarən verilməyə başlayır. Ancaq son günlər havalar soyuq keçdiyi üçün xüsusən ucqar kəndlərdəki şagirdlər dərsdə kurtka, şərf və papaqla oturduqlarını, hətta paytaxtda universitetlərdə belə tələbələrin eyni halla rastlaşdığının şahidi oluruq. Bu səbəbdən də onlar tez-tez xəstələnirlər.

 

Təhsil müəssisələrində soyuqlara görə istiliyin tez verilməsi ilə bağlı müəyyən addımlar atıla bilərmi?

 

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında bildirib  ki, soyuq havayla əlaqədar təhsil müəssisələrində istiliyin erkən verilməsi ilə bağlı müvafiq qurumlar tədbirlər görə bilərlər:

 

“İstiliyin verilməsi müəyyən normalara əsasən planlaşdırılıb. Adətən noyabrın 15-dən etibarən bu prosesə başlanılır. Düzdür, noyabrın 15-də istiliyin verilməsi qayda kimi təsdiqlənsə də, bu il havalar daha tez soyumağa başlayıb. Demək olar ki, hər kəs soyuqdan əziyyət çəkir. Bu günlərdə istilik sistemi olmadan şagirdlərin məktəbə, tələbələrin isə universitetə davamlı getməsində kifayət qədər çətinliklər yaranır. Bu baxımdan düşünürəm ki, müəyyən aidiyyatı qurumlar qarşısında məsələ qaldıraraq tələbələrin və şagirdlərin vəziyyətini nəzərə alıb, istisna hal kimi havalar soyuq olduğu, yaxud soyuqluq daha çox artdığı zamanlarda istiliyin verilməsi barədə addım ata bilərik.

 

Həqiqətən bu gün istilik sistemi ciddi və narahatlıq doğuran məsələdir . Yaxşı olar ki, tələbələrin istəyi nəzərə alınsın ki, onlar da soyuqdan əziyyət çəkmədən dərs prosesində rahat iştirak edə bilsinlər.

 

Düşünürəm ki, aidiyyatı strukturlar məsələ qaldıraraq müəyyən tədbirlər görə bilərlər”,- deyə deputat fikrini yekunlaşdırıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox