Azedu.az

Bu şəxslər üçün test imtahanı keçiriləcək

23 Oktyabr 2024, 10:24
Bu şəxslər üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 27 oktyabr 2024-cü il tarixində qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçiriləcək.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. İmtahana qeydiyyat 2024-cü il sentyabrın 11-dən oktyabrın 7-dək aparılıb və bu müddət ərzində 143 namizəd qeydiyyatdan keçib. 

İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahanın davametmə müddəti 1 saatdır.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahan yeri, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

Namizədlər imtahana gələrkən kalkulyator və aşağıdakı sənədləri gətirməlidirlər:

  • şəxsiyyəti təsdiq edən sənədin əsli;
  • “İmtahana buraxılış vərəqəsi".

İmtahan 9 istiqamət üzrə keçirilir. İmtahanda namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahanda toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.

 “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz. İmtahan iştirakçılarından xahiş edirik ki, kitabça ilə mütləq tanış olsunlar.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox