Azedu.az

"Əməkdar müəllim" yoldaşı ilə birgə qətlə YETİRİLDİ

Xəbərlər

23 Oktyabr 2024, 10:09
"Əməkdar müəllim" yoldaşı ilə birgə qətlə YETİRİLDİ

Bakıda ər və arvadı qətlə yetirilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

 

Qeyd edək ki, İosif Tkaç Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. O, bir sıra tamaşa və filmlərdə rol alıb.

 

Qətlə yetirilən İosif Tkaç Bakıda anadan olub, 1970-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. O, 1997-ci ildən Rus Dram Teatrının aktyoru olub. "Qafqazinfo" yazıb ki, hadisə metronun “Memar Əcəmi” stansiyasının qarşısında – Hüseynbala Əliyev küçəsi 4 ünvanındakı binada baş verib.

 

Saat 21 radələrində həmin binadakı mənzilllərdən birində yaşayan 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın üzərində xəsarətlər olan meyitləri tapılıb. 85 yaşlı kişinin boynunun kəsilərək, qadının isə başına zərbə endirilərək öldürülməsi müəyyənləşib.

 

Tkaç Lyudmila Mixaylovna isə Elitar Gimnaziyanın müəllimi olub. O, 2015-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox