Azedu.az

Ərdəbildə qar yağdı - məktəblər BAĞLANDI

Məktəblər

23 Oktyabr 2024, 09:05
Ərdəbildə qar yağdı - məktəblər BAĞLANDI

İranın Ərdəbil əyalətində qar yağması səbəbindən bir sıra şəhərlərin səhər növbələrində məktəblər bağlanıb.

AzEdu.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, Ərdəbil əyalətinin İctimaiyyətlə əlaqələr və təhsildə informasiya üzrə idarənin başçısı Həsən İsgəndərzadə bildirib.

Onun sözlərinə görə, əyalətin Ərdəbil, Xalxal, Səreyn və Meşginşəhr şəhərlərində məktəbəqədər və ibtidai məktəblər qısa müddətə bağlanıb.

Həsən İsgəndərzadə bildirib ki, yuxarı siniflərin bağlanması ilə bağlı qərar qəbul olunarsa, bu, uyğun kanallar vasitəsi ilə məktəblərə çatdırılacaq.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox