Azedu.az

“Tarixdə bu gün” - 44 günlük müharibənin yeganə qadın şəhidi 

Rubrika

23 Oktyabr 2024, 08:58
“Tarixdə bu gün” - 44 günlük müharibənin yeganə qadın şəhidi 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

23 oktyabrda harada nәlәr baş verb, kimlәr xatırlanır?

 

Qısaca nәzәr salaq...

 

23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir neçə kəndlərimiz Ermənistan işğalından azad olunub:

 

Xocavənd rayonunun Dolanar, Bünyadlı Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli, Mirzəhəsənli, Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini Ermənistanın işğalından azad edib.

 

23 oktyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova şəhidlik zirvəsinə ucalıb:

 

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb
 

23 oktyabr 1919-cu ildə Azərbaycan və Gürcüstanda işgüzar səfərdə olmuş italiyalı kommersant Korsi “Koppegena della sera” qəzetinə verdiyi müsahibədə Azərbaycanın müstəqillik uğrunda əzmlə mübarizə apardığını qeyd edib:

 

Korsi deyirdi ki, hər iki respublikanın müstəqilliyi ən qısa vaxtda Versal Sülh Konfransı tərəfindən tanınmalıdır.

 

23 oktyabr  1978-ci ildə Ümummilli lider Heydər Əliyevin qərarı ilə Naxçıvan Muxtar Respublikasında Babək rayonu yaradılıb.

 

23 oktyabr 1905-ci ildə məşhur Amerika fiziki, Nobel mükafatı laureatı, bərk cisim fizikası metodlarının banilərindən olan Feliks Blok anadan olub:

 

O, kristalların kvant nəzəriyyəsi və aşağı temperaturlu ferromaqnetizmin əsasını qoyub.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox